Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtın uşaq evlərinin kollektivləri Milli Azərbaycan Tarixi Muzeyi ilə tanış olublar

04 iyul 2023 | 15:21

 

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay tətili günlərində paytaxtdakı 1, 2 və 3 nömrəli uşaq evlərində tərbiyə alan uşaqların Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyaları təşkil edilib.

Tədbirin əsas məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü genişləndirmək, xalqımızın qədim  tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri haqqında bilik səviyyəsini yüksəltmək, uşaqları muzey ekspozisiyaları və sərgiləri ilə tanış etməkdən ibarətdir.

Təcrübəli bələdçilər uşaqları muzeyin ekspozisiyası, burada nümayiş etdirilən Azərbaycanın keçmişini özündə əks etdirən müxtəlif arxeoloji və etnoqrafik materiallar və eksponatlarla,  həmçinin hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış edib, onların suallarını cavablandırıblar. Uşaqlar muzeydən xoş təəssüratla ayrılıblar.

Yaxın günlərdə uşaqların Heydər Əliyev Mərkəzi ilə tanışlığı da nəzərdə tutulub.

 

 Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti

Keçidlər