Şriftin ölçüsü :

Saytın rəngi :

Qara hazırlıq

19 fevral 2025 | 14:30

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə gözlənilən qarlı havalarla bağlı BŞİH tərəfindən Rayon İcra Hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.
Şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq.
Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları cəlb ediləcəkdir.

 

 

Keçidlər