Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib
13 iyun 2024 | 17:30
Gürcüstanda səfərdə olan Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 6-da Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, nümayəndə heyətinə daxil olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər şəxslər abidənin önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla anıblar.