Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası

04 noyabr 2023 | 17:05

 

        44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Zəfərimizin üçüncü ildönümü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin əməkdaşları, struktur bölmələrin işçiləri  və İctimai Birliyin könüllüləri iştirak ediblər.

        Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd şam ağacları əkilib.

Zəfər Bayramı münasibəti ilə  keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. 

        Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

 

 

 

 

Keçidlər