Fəaliyyət
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN XARİCİ ƏLAQƏLƏR SAHƏSİDƏKİ İŞİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
- Qardaşlaşmış və partnyor şəhərlərlə əlaqələr;
Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış şəhərlər Fedarasiyasının üzvüdür:
Bakının qardaşlaşdığı şəhərlər:
Dakar (Seneqal), İzmir (Türkiyə), Neapol (İtaliya), Təbriz (İran), Hyuston (ABŞ), Bəsrə (İrak), Sarayevo (Bosniya və Hersoqovina) Vunqtau-Kondao (Vyetnam). Partnyorluq əlaqələrimiz olan şhərlər:
Mayns (Almaniya)
Aberdin (Şotlandiya)
Stavanger (Norveç)Müxtəlif səviyyələrdə əlaqələrimiz olan şəhərlər:
Paris, Berlin, İstambul, Vyana, Çendu və Karamay (ÇXR), Moskva, Sankt-Peterburq, Tbilisi, Kiyev, Minsk, Volqoqrad, Ulyanovsk, Astana, Daşkənd
Bakıda "Dakar" meydanı, Neapol və Sarayevo küçələri vardır.
Dakarda isə "Bakı" meydanı, Neapolda Bakı küçəsi, Vunqtau-Kondau da isə "Bakı" mehmanxanası vardır.
- Xarici ölkə şəhərlərinin idarəetmə və şəhər infrastrukturunun müxtəlif sahələrdəki qabaqcıl təcrübəsinin öyrənilərək Bakıya cəlb olunması və tətbiqinin həyata keçirilməsi;
- Xarici ölkə səfirliklərinin dislokasiyası, dipkorpusla əlaqələr və onlara kommunal xidmətlərinin göstərilməsinin təşkili;
- Bakının Beynəlxalq təşkilatlarda üzvlüyü və iştirakının koordinasiyası;
Bakı aşağıdakı Beynəlxalq təşkilatların üzvüdür:
-Ümumdünya Qardaşlaşmış şəhərlər Fedarasiyası
-Ümumdünya İrs Şəhərləri Təşkilatı (YUNESKO)
-Ümumdünya Energetika Şəhərləri Təşkilatı
-"Avroqrad" Beynəlxalq İnstitutu
-Qara Dəniz İqtisadi Əməkdaşlıq Ölkələri Paytaxtlarının İttifaqı - Şəhər layihələrinə xarici sərmayələrin cəlb olunması;
- Xarici ölkələrin şəhərləri ilə qarşılıqlı tanıtmanın təşkili;
- Nümayəndə heyətlərinin, sərgiləri, yaradıcı heyətlərin, kütləvi informasiya vasitələrinin, təhsil ocaqlarının mübadiləsinin təşkili, qarşılıqlı olaraq "Mədəniyyət günləri"nin və festivallarının keçirilməsi və s.
- Dünya şəhərləri ilə ikitərəfli müqavilələr və proqramlar əsasında əməkdaşlıq;
- Bakıya gələn xarici qonaqların səfər proqramının təşkilati-protokol təminatında iştirak;
- Xarici nümayəndə heyətinin Bakı ilə tanışlığının təşkili.