Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda 553 küçə dezinfeksiya edildi

26 sentyabr 2020 | 16:00

Sentyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə  kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 13-cü dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 553 küçədə dezinfeksiya işləri görülüb.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.

Keçidlər