Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü ilə əlaqədar may ayının 21-də Bakı şəhərinin ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib.
Yaz mövsümü ilə əlaqədar sabah, may ayının 21-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.
Mayın 10-da - xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür.
Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri, Rayon İcra Hakimiyyətləri və KİV nümayəndələri iştirak etmişlər.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlərin aparılması davam etdirilir.
Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Nizami rayonu Keşlə qəsəbəsinin sakinləri ilə görüşü olub.
Aprelin 12-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın sosial, ictimai və mədəni inkişafına dəstək olaraq həyata keçirilən tədbirlərin icrası davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın ictimai-iaşə obyeklərində monitorinqlərə başlayıblar.
Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü ilə əlaqədar aprelin 2-də Bakı şəhərinin ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməcliyi keçirilib.
Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bayram günlərində mövcud olan soyuq və buludlu havaya baxmayaraq, şənlikləröz kütləviliyi ilə seçilib. Son illər sərt karantin rejimi şəraitində yaşayan bakılılar izdihamlı, şən bayramlardan ötrü darıxmışdılar. Yazın gəlişi günü olan Novruz isə bunun üçün əla fürsət oldu.
Ukrayna Respublikasınını Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı Şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib.
Son illərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın sosial, ictimai və mədəni inkişafına dəstək olaraq həyata keçirilən tədbirlərin icrası davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın sosial, ictimai və mədəni inkişafına dəstək olaraq həyata keçirilən tədbirlərin icrası davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın sosial, ictimai və mədəni inkişafına dəstək olaraq həyata keçirilən tədbirlərin icrası davam etdirilir.
Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində paytaxtımız Bakı şəhərində geniş miqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi və digər qurumların iştirakı ilə təmizlik və abadlıqla bağlı geniş iməclik keçirilib.
İcra başçılarına ciddi xəbərdarlıq edildi
Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir ki, bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir.
Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməlinin rəhbərliyi ilə Tacikistan parlamentinin üzvləri və Düşənbə şəhərinin rəsmilərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətinin, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, kommunal xidmətlərin və struktura daxil olan digər qurumların 400 nəfərdən çox əməkdaşının iştirakı ilə Mərkəzi Nəbatat Bağının ərazisində geniş iməclik keçirilib.
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.