Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı merindən Yerevan merinə cavab

04 noyabr 2020 | 16:00

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  Yerevan  meriyasının Azərbaycana göndərmək üçün silahlı dəstələr yaratması haqqında məlumata münasibət bildirib. O, buna heç də təəccüblənmədiyini söyləyib.  Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, Ermənistanda vəziyyət  o  həddə çatıb ki,  cəbhəyə uşaq və qadınları göndərirlər. İndi  də İrəvan meriyası cəbhə üçün silahlı dəstələr toplayır. Hələ  bu  harasıdır?  Bütün baş verənlər Ermənistanın ağır  iqtisadi  durumda  olduğunu,  ön və arxa cəbhədə acınacaqlı vəziyyətin yarandığını  göstərir. Əgər paytaxt meriyası səfərbərlik məsələləri ilə məşğul olursa demək ki, Ermənistan cəmiyyətində çarəsizlik və ruh düşkünlüyü hökm sürür.
Bu gün Ermənistanda “kovid dezertir” termini də yaranıb. Belə ki, çağırışçılar Covid-19 xəstələri olmaları haqqında saxta arayışlar əldə edərək orduya getməkdən yayınırlar. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Səfərbərlik məsələsi ilə səfərbərlik xidməti məşğuldur, hər hansı silahlı dəstələrə ehtiyac yoxdur. Xalq öz liderinə böyük inam və yüksək  vətənpərvərlik ruhu nümayiş etdirir. Ötən illər ərzində cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda dövlətin səmərəli iqtisadi inkişaf modeli formalaşıb. Bu gün bizim güclü iqtisadiyyatımız və müasir ordumuz var.  Bütün bunlar aparılmış düzgün siyasətin və idarəetmənin nəticəsidir.
Buna görə də, şəhər icra hakimiyyəti tərəfindən hər hansı  dəstələrin yaradılmasına ehtiyac yoxdur. Bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.  Bu  gün  Azərbaycanla və onun dünyanın ictimai-siyasi sistemində tutduğu yerlə sözün əsl mənasında fəxr edə bilərik. Bu tarixdə şəxsiyyətin rolunu bir daha nümayiş etdirən böyük tarixi nailiyyətdir.

Keçidlər