Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda ağaclar yuyulur, yaşıllıqlara qulluq göstərilir

25 mart 2021 | 16:00

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətləri tərəfindən paytaxtda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Yaz əkin mövsümü ilə əlaqədar bu işlər daha da genişləndirilib.
Bayram günləri olmasına baxmayaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və digər kommunal xidmətlərin əməkdaşları tərəfindən mövcud karantin rejiminin tələbləri çərçivəsində Abşeronun iqliminə uyğun yeni ağaclar, kollar əkilir, movcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, təbii gübrə verilir. Həmçinin ağacların qurumuş budaqları budanır, yaşıllıq zolaqları və parklarda qazon örtüyü yenilənir.
Parklarda, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir. Görülən işlər çərçivəsində mərkəz küçələrdə xüsusi rəng çalarlarına malik olan və Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq yeni növ Hind yasəmənləri əkilir.
Ağacların yuyulması ilə yanaşı kommunal xidmətlərin avtonəqliyyat vasitələri  və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin  kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması həyata keçirilir. 
Bu kimi aksiyaların mövsümün sonunadək paytaxtın bütün rayonlarında keçiriləcəkdir.

 

Keçidlər