Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

BAKININ ƏRAZİSİ

Bakı Azərbaycanın paytaxtı və ən böyük şəhəridir. Şəhər Xəzər dənizinin qərbində, Abşeron yarmadasının cənubunda 40", 23' en 49", 51' uzunluq meredianlarının kəsişdiyi nöqtədə yerləşmişdir. Böyük Bakıya sahəsi 2,2 min kv. km olan ərazi daxildir ki, o da ki bütöv şəhər deyil, toplanma ərazilərdən ibarətdir. Bakı 12 inzibati rayondan ibarətdir: Xəzər, Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Səbayıl, Sabunçu, Xətai, Suraxanı, Yasamal, Pirallahi.

Şəhərin mərkəzi amfiteatr üslubundadır, hər iki tərəfdən dənizə enişi var. Şəhər düzbucaq şəkilində salınmışdır, yalnız qədim Bakının İçəri Şəhərində küçələr əyri və dardır. Mərkəzdə və əsas magistrallar boyu tikililər sıx, şəhər ətrafında isə seyrəkdir. Şəhərətrafı ərazilər neftçıxarma mərkəzləridirlər. Burada dəmiryol nəqliyyatı, maşınqayırma, inşaat materialları (sement istehsalı, əhəng istehsalı, daş karxanaları) müəssisələri yerləşir, mineral sulara (Şıx, Suraxanı) rast gəlmək olar. Şəhər ətrafında çoxlu sayda palçıq vulkanları (Keyrəki, Lökbatan) və duzlu göllər var (Böyükşor, Xocahəsən). Şəhərdə Abşeron kurort zonası və çimərliklər fəaliyyət göstərir. Şəhər dünya okeanı səviyyəsindən 28 m aşağıda yerləşir.

Bakının yerləşdiyi Abşeron yarımadasının iqlimi mülayim isti yayı və qısa yumşaq qışı ilə fərqlənir. Yunanıstan və İtaliya ilə bir enlikdə yerləşən Abşeronun az yağıntı və bir az yüksək temperaturu var. Xəzər dənizi bu enlikdə donmur, buna görə Bakı limanı bütün il boyu fəaliyyət göstərir. Bakının orta illik temperaturu yer kürəsinin temperaturuna yaxındır. İyulda 26"S Yanvarda 3"S. Yağıntı ildə 180 " 300 mm.

Böyuk Bakının cənub-qərb tərəfi daha quru iqlimə malikdir. Burada illik yağıntı 150 mm- -dən az olur. Burada şimal küləyi - Xəzri və cənub küləyi - Gilavar əsir.

Müasir Bakı neft və neft emalı, neftkimya, maşınqayırma sənayesi, inşaat materialları sənayesi ilə bütün dünyada məşhurdur. Bakıda ölkənin elm və mədəniyyət mərkəzi birləşir. Şərqdə ilk dəfə opera, ilk universitet, ilk qəzet, ilk kitabxana Bakıda yaradılmışdır.

Bakı nəqliyyat düyünüdür. Dəniz nəqliyyatı aparıcı üç yerlərdən birini tutur. Təyyarələr Bakını bir çox şəhərlərlə birləşdirir. Dəmiryol xətləri Bakını Rusiya, İran və Gürcüstanla birləşdirir.

Bakı ilə qardaşlaşmış şəhərlər Dakar (Seneqal), İzmir (Türkiyə), Neapol (İtaliya), Təbriz (İran), Hyuston (ABŞ), Bəsrə (İrak), Sarayevo (Bosniya və Hersoqovina) Vunqtau-Kondao (Vyetnam).

Keçidlər