BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN XARİCİ ƏLAQƏLƏR SAHƏSİDƏKİ İŞİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış şəhərlər Fedarasiyasının üzvüdür:
Bakının qardaşlaşdığı şəhərlər:
Dakar (Seneqal), İzmir (Türkiyə), Neapol (İtaliya), Təbriz (İran), Hyuston (ABŞ), Bəsrə (İrak), Sarayevo (Bosniya və Hersoqovina) Vunqtau-Kondao (Vyetnam). Partnyorluq əlaqələrimiz olan şhərlər:
Mayns (Almaniya)
Aberdin (Şotlandiya)
Stavanger (Norveç)
Müxtəlif səviyyələrdə əlaqələrimiz olan şəhərlər:
Paris, Berlin, İstambul, Vyana, Çendu və Karamay (ÇXR), Moskva, Sankt-Peterburq, Tbilisi, Kiyev, Minsk, Volqoqrad, Ulyanovsk, Astana, Daşkənd
Bakıda "Dakar" meydanı, Neapol və Sarayevo küçələri vardır.
Dakarda isə "Bakı" meydanı, Neapolda Bakı küçəsi, Vunqtau-Kondau da isə "Bakı" mehmanxanası vardır.
Bakı aşağıdakı Beynəlxalq təşkilatların üzvüdür:
-Ümumdünya Qardaşlaşmış şəhərlər Fedarasiyası
-Ümumdünya İrs Şəhərləri Təşkilatı (YUNESKO)
-Ümumdünya Energetika Şəhərləri Təşkilatı
-"Avroqrad" Beynəlxalq İnstitutu
-Qara Dəniz İqtisadi Əməkdaşlıq Ölkələri Paytaxtlarının İttifaqı