Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşıllaşdırma Təsərrüfatı Birliyi

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir. Birlik təsərrüfat həsablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir.

Birlik istər keçmiş Sovet respublikaları və istərsə də digər xarici ölkələrdən müxtəlif əkin materiallrı (tinglər, ot toxumları, gül toxumları, güd ştilləri), müxtəlif avadanlıqlar və texnikalar almaq səlahiyyətinə malikdir.

Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Bakı şəhər İcra Hakimiyyətinin razılığı əsasında özünün törəmə müəssisələrini yaratmaq və ya ləğv etmək hüququna malikdir.

Birlik öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün aşağıdakı müəssisə və təşkilatları öz tərkibində birləşdirir:

  • "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi;
  • Bitkilərin Mühafizəsi Stansiyası;
  • Ağac Bəzək Bitkiləri Sovxozu;
  • Avtonəqliyyat idarəsi;
  • Su quyularının İstismarı və Təmiri xidməti idarəsi.

 

Birlik bu təşkilatların vasitəsilə Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi, toxumçuluğun inkişafı, güllüklərin salınması, habelə şəhər əhalisinin gül və gül məhsulları ilə təmin edilməsi, minimal xərclərə əmək məhsuldarlığının artırılması, əsas fondların istifadə edilməsinin yaxşılaşdırılması, əmək, material və maliyyə vasitələrindən səmərəli istifadəsini təmin edir.

 Yaşıllaşdırma Təsərrüfatı Birliyinin strukturu:

Soyadı, adı, atasının adı

Vəzifəsi

Əlaqə telefonu

1.

 Əmrahov Həsrət Kərəm oğlu

Baş direktor

441-55-12 441-02-62 (f.)

2.

Məmmədov Cavanşir Rza oğlu

Baş mühəndis

440-15-34

3.

Heydərov Oqtay Kamil oğlu

Baş aqronom - baş direktorun müavini

440-15-34

4.

Rzayev Nurəddin Məhər oğlu

baş direktorun müavini

440-15-34

5.

Kərimov Nicat Heydər oğlu

Kadrlar şöbəsinin rəisi

569-46-42

 

 Birliyin huquqi  ünvanı: Xan Şuşinski küçəsi 63.

 Faktiki ünvanı: Eldar Babayev küçəsi 30

 

 Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi

"Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisənin əsas vəzifələri Birlik üzrə podrat (götürmə) iş aparmaqla Bakı şəhər İcra Hakimiyyətinin yaşıllıqlarının əsaslı təmiri, əkilmiş və yeni əkilən bitkilərə qulluq etməklə və bu sahə ilə əlaqədar digər abadlıq və tikinti işlərini həyata keçirməkdir. Müəssisə eyni zamanda şəhər ərazisində yerləşən istənilən müəssisə və təçkilatlarla müqavilə əsasında yaşıllaşdırma işlərini həyata keçirmək hüququna malikdir.

Azərbaycan Respublikası Hesablama Palatasının 9-146 saylı 30.11.2013-cü il tarixli Qərarı ilə “Yaşıllıqtikinti” PİTTM fəaliyyəti müvəqqəti dayandırılmışdır.

 Ünvan: Nizami rayonu Bəhruz Nuriyev 1/77

 

 Bitkilərinin Mühafizəsi Stansiyası

 

Bitkilərinin Mühafizəsi Stansiyası Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi və nəzarəti altında Bakı şəhəri ərazisində, eləcə də qapalı hökumət bağlarında mövcud olan yaşıllıqların xəstəlik və ziyanvericilərdən qorunmasını, budanma, formavermə və cavanlaşdırılması işlərini aqrotexniki qaydada həyata keçirir.

Bakı şəhər İcra Hakimiyyətinin 124 saylı 31.03.2016-ci il tarixli sərəncamı ilə ləğv edilib.

 Ağac Bəzək Bitkiləri Sovxozu Yaşıllaşdırma Təsərrüfatı Birliyi

Ağac Bəzək Bitkiləri Sovxozu Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi və nəzarəti altında Bakı şəhəri ərazisində mövcud olan yaşıllıqların təmir edilməsi və yeni yaşıllıq sahələrinin salınması üçün tələb olunan əkin materiallarının becərilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirir.

Eyni zamanda BMS-si ləğv edildikdən sonra Bakı ərazisində mövcud olan yaşıllıqların xəstəlik və ziyanvericilərdən qorunmasını, budanma, formavermə və cavanlaşdırılması işlərini aqrotexniki qaydada həyata keçirir

 

Soyadı, adı, atasının adı

Vəzifəsi

Əlaqə telefonu

1.

Novruzov Rafiq Məhərrəm oğlu

direktor

370-25-18

2.

Tağıyev Oqtay Arif oğlu

baş aqronom

370-56-27

                                                                İdarənin huquqi  ünvanı :  Xan Şuşinski 63.  Faktiki ünvan: Nizami rayonu Bəhruz Nuriyev 1/77

 Avtonəqliyyat idarəsi

İdarə fəaliyyətinin əsasında dövlət tapşırıqlarını yerinə yetirərək kənar təşkilatların yüklərini və Birliyin tabeliyində olan idarələrin yüklərinin daşınmasını təşkil edir. Bakı şəhərinin ərazisində stasionar su mənbələri olmayan yaşıllıq sahəlarinin suvarma maşınları vasitəsilə suvarılmasını təmin edir.

Soyadı, adı, atasının adı

Vəzifəsi

Əlaqə telefonu

1.

Məmmədov Maşallah Əli oğlu

rəis

370-79-54

2.

Səfərov İntiqam Məhərrəm oğlu

baş aqronom

370-79-57

 İdarənin huquqi  ünvanı: Suraxanı ray.  Xanlar Ələkbərov

 Faktiki ünvan:  Xətai rayonu.Babək pr 58b

 Su quyularının İstismarı və Təmiri Xidməti idarəsi

Su quyularının İstismarı və Təmiri Xidməti idarəsi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi və nəzarəti altında Bakı şəhəri ərazisindəki yaşıllıqların su ilə təmini, yeni su xətlərinin çəkilməsi və artezian quyularının qazılmasını həyata keçirir.

Soyadı, adı, atasının adı

Vəzifəsi

Əlaqə telefonu

1.

Salahov Yaşar Hüseyn oğlu

rəis

581-20-25

 Ünvan: 20-ci sahə Salyan yolu 4 

Keçidlər