Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər Kino Xidməti İdarəsi

İdarənin adı: Bakı Şəhər Kino Xidməti İdarəsi
Yerləşdiyi ünvan: Bakı şəhəri, AZ 1001, İstiqlaliyyət küç. 13
Telefon, faks: 493-88-52

Bakı şəhər Kino Xidməti idarəsi dövlətin kino sahəsindəki siyasətini həyata keçirən, öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamlarını yerinə yetirən büdcə hesabına maliyyələşən dövlət idarəsidir.

Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda “Kino sənətinin inkişaf etdirilməsi haqqında” imzaladığı sərəncam kinematoqrafiya sahəsində bir sıra böyük layihələrin reallaşmasını təmin edir. Kino istehsalı üzrə dövlət studiyaları və müstəgil prodüser mərkəzləri bir sıra uğurlu filmlər çəkməklə yaradıcılıq işlərini davam etdirirlər.

Bakı şəhər Kino Xidməti idarəsi əhaliyə mədəni kino xidməti göstərilməsini, müasir Azərbaycan kinosunu təbliği və yeni çəkilmiş filmləri geniş tamaşaçı auditoriyasına təqdimini, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda formalaşmasını, uşaq və yeni yetmələrdə estetik tərbiyyənin inkişaf etdirilməsini, Bakı şəhərində keçirilən film festivalların, xatirə və yaradıcılıq gecələrinin, orta təhsil ocaqlarında bir sıra tədbirlərin keçirilməsini təmin edir.
Kino Xidməti idarəsi Bakı şəhərində Türkiyə, Pakistan, Hindistan və İran filmləri festivalları keçirib. İdarə eyni zamanda şəhərdə keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində, ənənəvi “Şərq-Qərb Bakı kinofestivalının” təşkilində də yaxından iştirak edir.

Son illər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində “Cavad xan” Azərbaycan İqtisad Universitetində “Məhkumlar” bədii filmlərinin təqdim etmə mərasimləri idarənin ugurlu tədbirlərindəndir. Bakının 236 saylı orta məktəbində keçirilən “Özbəkistan cizgi filmləri günü” uşaq bayramı kimi kiçik yaşlı məktəblilərin yaddaşlarından hec vaxt silinməyəcək.

Bakı şəhər Kino Xidməti idarəsinin ən böyük uğuru isə rejissor N.Agayevin lentə aldığı “Əsrin daş yaddaşı” sənədli filmi olmuşdur. Qeyd olunan filmə görə Kino Xidməti idarəsi 2003-cü ilin yayında ABŞ-ın Nyu-York şəhərində Yüksək keyfiyyət və Biznes Prestiji Beynəlxalq mükafatlandırma Təşkilatının təsis etdiyi Qızıl Dərəcə mükafatına layiq görülməklə həmin təşkilatın fəxri üzvü seçilmişdir.

Kino Xidməti idarəsi Bakida fəaliyyət göstərən xarici ölkə səfirliklərinin mədəniyyət mərkəzləri ilə birlikdə bir sıra maraqlı layihələr üzərində işləir. İdarənin gələcək planlarından biri də Bakı şəhərində nümunəvi uşaq kinoteatrının yaradılmasıdır.

Keçidlər