Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 12) 492-63-11

Sentyabrın 25-də paytaxtda yenə 550 küçə dezinfeksiya edildi

25 September 2021 | 16:00

Sentyabr ayının 25-də  səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən 40 ədəd xüsusi təyinatlı texnika və 2000 nəfər işçinin iştirakı ilə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda yenidən 550 küçə dezinfeksiya olunub.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.
Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha  çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.

Links