28 May - Respublika Günü münasibətilə bayram şənlikləri keçiriləcək
23 May 2012 | 15:00
Əziz Bakılılar və hörmətli qonaqlar!
Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May - Respublika Günü münasibətilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.
Mayın 28-də Milli Parkın ərazisində Saat qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaqdır.
Bakı Şəhər İcra Hakimiyyəti Sizi bayram şənliklərinə dəvət edir.