Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 12) 492-63-11

Bakıda Zəfər yürüşü və flaşmobu keçirilib

08 November 2021 | 16:00

8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərində yürüş təşkil olunub.  Zəfər yürüşü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi,  Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb.
Azneft dairəsindən  “Ağ şəhər”  bulvarınadək davam edən yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları  440  metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar.  Yürüşü süvari dəstəsi müşayiət edib.
“Ağ şəhər”  bulvarınadək davam edən yürüş  “Regional İnkişaf”  İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatıb. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan  “Dəmir yumruq”  kompozisiyası yaradılıb.

Links