Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 12) 492-63-11

I Avropa Oyunları ərzində Girişə İcazə Vərəqəsi

19 May 2015 | 15:00

Fairmont Girişə İcazə vərəqəsi (şirkətlər üçün məlumat)

Fairmont Girişə İcazə vərəqəsi Fairmont ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlər üçün Oyunlar zamanı bu ərazidə bağlanacaq küçələrə Girişə İcazə məqsədi ilə verilir.

·         Paylanmavaxtı: Fairmont Girişə İcazə vərəqəsi mayın 15-dən sonra veriləcək.

·         Etibarlılıq müddəti: Fairmont Girişə İcazə vərəqəsi yalnız1 – 30 iyun, 2015-ci tarixləri müddətində etibarlıdır.

Təqdim ediləcək sənədlər:

1.    Şirkətin adından müvafiq Mənzil İstismar İdarəsinə rəsmi məktubla müraciət

2.    Nəqliyyat vasitələrinin siyahısı və texniki pasportun nüsxələri

Fairmont Girişə İcazə vərəqəsi nəqliyyat vasitələrinin ön şüşəsində yerləşdirilməlidir.

Şirkətlər heç bir ödəniş etmədən Fairmont Girişə İcazə vərəqəsi ilə təmin olunacaq.

İtirilmiş/oğurlanmış Girişə İcazə vərəqələri YENİSİ İLƏ ƏVƏZ OLUNMAYACAQ. Onlarala ehtiyatla davranmanız xahiş olunur. Fairmont Girişə İcazə vərəqəsi zədələndiyi halda, etibarsızsayılacaq.

 

Qeyd: Fairmont Girişə İcazə vərəqəsini əldəetdikdə, bu icazələrin istifadəsi üzrə təlimat vərəqəsini götürməyi unutmayın

 

Fairmont Girişə İcazə vərəqəsi

Təlimat

FAİRMONT GİRİŞƏ İCAZƏ VƏRƏQƏSİNİ NƏQLİYYAT VASİTƏSİNİN ÖN ŞÜŞƏSİNİN SAĞ TƏRƏFİNİN AYDIN GÖRÜNƏN AŞAĞI HİSSƏSİNƏ YERLƏŞDİRİN.

İtirilmiş/oğurlanmış və ya yararsız hala düşmüş Fairmont Girişə İcazə vərəqələri YENİSİ İL ƏVƏZ OLUNMAYACAQ.Xahiş edirik ki, onlarla ehtiyatla rəftar edəsiniz.

İstifadə üçün əsas göstərişlər:

·         Fairmont Nəqliyyata Nəzarət Zonasına daxilolarkən Fairmont Girişə İcazə vərəqəsi hər zaman nəqliyyat vasitəsinin üzərində görünməlidir.

·         Dəyişdirilən və ya təhrif edilən Fairmont Girişə İcazə vərəqəsi qüvvədən düşmüş hesab ediləcək.

·         Fairmont Girişə İcazə vərəqəsi Bakı 2015 Avropa Oyunları zamanı Fairmont ərazisində girişə-çıxışa məhdudiyyət qoyulduğu müddət ərzində( 1-30 iyun) etibarlıdır. 

·         Fairmont Girişə İcazə vərəqəsi YALNIZ Nəqliyyata Nəzarət Zonalarında girişə-çıxışa məhdudiyyət qoyulan yerlərdə fəaliyyət göstərən şirkətlər və bu ərazidə yaşayan sakinlər tərəfindən istifadə olunmalıdır.

 

Fairmont Oteli Yol Hərəkətin Nəzarət Zonası (TCZ)

 

 

Links