Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 12) 492-63-11

Paytaxt küçələrində yeni texnika işləyəcəkdir

27 August 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kompleks tədbirlər hazırlanmışdır.

Bu tədbirlərin hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunmuş, onların təklifləri əsasında müzakirələr aparılmışdır. Tədbirlər çərçivəsində əsas magistral yollarda, prospektlərdə zibilin yığışdırılma işinin tamamilə avtomatlaşdırılması nəzərdə tutulmuşdur.

İstənilən halda iş prossesində əl əməyinin qalacağı nəzərə alınaraq onun minimuma endirilməsi üçün tədbirlər həyata keçirilir və küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə təsərrüfat xidmətləri işçilərinin təhlükəsizliyinin təminatı üçün xəbərdaredici nişanlar hazırlanmış və rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə paylanılmışdır.

Hazırda şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın “MAN” şirkətinin istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək təsərrüfatçılara verilmişdir. Eyni zamanda yeni texnikaların alınması ilə bağlı digər şirkətlərlə də danışıqlar aparılır, yeni və müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam etdirilir.

Links