Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 12) 492-63-11

Binəqədi rayonundakı zeytunluq ərazisi təmizləndi

19 October 2018 | 16:00

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın rayonlarında aparılan abadlıq-qurculuq, zəbt olunan torpaq sahələrinin və yaşıllıqların hasarlarının sökülərək ərazinin təmizlənməsi, həmin yerdə abadlıq güşələrin yaradılması, vətəndaşları narahat edən amillərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış xüsusi komissiya tərəfindən Bakı şəhərinin Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki zeytunluq adlanan ərazidə, Heydər Məscidinin yaxınlığında araşdırmalar aparılmış və yaşıllıq ərazisində bəzi şəxslər tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsı, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılmışdır.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində, ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülmüş, ərazi tikinti materialları və tullantılardan təmizlənmişdir.

Bu ərazidə yeni ağacların əkilərək  yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanmışdır.

Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır.

Belə ki, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən məsələlərin aradan qaldırılması, sosial şəraitin yaxşılaşdırılması, paytaxtımızın daha da gözəlləşdirilməsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ardıcıl olaraq davam etdiriləcəkdir.

Links