Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 12) 492-63-11

Paytaxtın 2 rayonunda iməclik keçirilib

19 November 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının  bariz nümunəsidir ki, hər il paqtaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları salınır.

Bu işlər çərçivəsində paytaxtın bütün rayonlarında iməcliklər keçirilir. Belə ki, növbəti iməclik paytaxtımız Bakı şəhərinin Səbail və Qaradağ rayonlarında  təşkil olunmuşdur. Hər iki rayonunu rəhbərliyi, ictimaiyyət, idarə və təşkilatların nümayəndələri, təsərrüfat xidmətləri, gənclərin  iştirakı ilə Səbailrayonunda Şıx yaşayış massivindəki “Dostluq parkı”nda 200 nəfərin, Qaradağ rayonunda isə Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində gedən avtomobil yolunun qərb hissəsində və Lökbatan qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilmişdir.

İməcliklərdə zamanı ərazində təmizlik işləri görülmüş, mövcud ağacların dibi quru otlardan təmizlənmiş, yeni əkiləcək ağaclarin damcı üsulu ilə suvarılmaı üçün  su xətləri çəkilmiş, köhnələri isə təftiş olunmuşdur.

Hər iki rayonda keçirilən iməclikdə Abşeron yarımadasının iqliminə uyğun  1500 ədəd yeni zeytun və badam ağacları əkilmiş, əvvəl əkilən ağaclara qulluq göstərilmişdir. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunmuşdur. Bununla da rayonlarda badam ağacları əkilmiş zolaqların və ərazilərin yaradılmasına başlanmışdır.

Paytaxtımızda keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı  olmuşdur.

Mövsüm ərzində Bakı şəhərində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.

 

Links