Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 12) 492-63-11

Bakıda atəşfəşanlıq olacaq

25 December 2018 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il  münasibətilə dekabr ayının 31-i saat 24:00-də paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bayram şənlikləri münasibəti ilə Azadlıq Meydanında şəhərimizin ən iri yolkası quraşdırılıb. Eyni zamanda Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çılçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.   

Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-də Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.

Links