Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 12) 492-63-11

Bakıda Novruz yarmarkaları fəaliyyətə başlayır

02 March 2019 | 16:00

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramının yaxınlaşması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən  paytaxtın bütün rayonlarında hazırlıq işlərinə başlanmışdır.

İşlər çərçivəsində şəhərin meydan və parklarının, istirahət bağlarının abadlaşdırılması, burada yeni yaşıllıqların salınması, gül və kolların əkilməsi həyata keçirilir. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılmasına başlanıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri quraşdırılır.

Bayramla əlaqədar mart ayının 2-dən etibarən partaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyə başlayacaqdır. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeylu ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılmışdır. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qururmlar tərəfindən nəzarət ediləcəkdir.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə,  ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılmış və burada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunmuşdur.

Yarmarkalar martın 25-nə kimi davam edəcəkdir.

Bakı şəhərinin rayonlarında Novruz bayramı münasıbəti ilə təşkil edilən bayram yarmarkaların ünvanları barədə
MƏLUMAT


Rayonlar Yarmarkaların ünvanları Qeyd
1. Binəqədi  7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi
2. Qaradağ Lökbatan qəsəbəsi, 28 May küçəsi 
3. Xətai Məzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi)
4.  Xəzər Mərdəkan qəsəbəsi S. Yesenin küçəsi - 106    ( köhnə avtovağzal ərazisi )
5. Pirallahı Pirallahı qəsəbəsi, K. Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki  qeyri-yaşayış obyekti
6. Nərimanov Gənclik metrosunun çıxışı, Fətali Xan Xoyski prospekti 79 saylı binanın qarşısı
7. Nəsimi Seyid Cəfər Pişəvəri küç. 2 a
8.  Nizami Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz)
9. Sabunçu Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı
10. Səbail Nizami küçəsi  (Land Mark-ın yaxınlığında)
11. Suraxını Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, “Günəş” ticarət mərkəzi
12. Yasamal H.Cavid prospekti (H.Cavid  parkınin ərazisində )
 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Links