Paytaxt Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq yanvar ayının 2-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yeni 2021-ci ildə birinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə 19-cu dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı 554 küçə dezinfeksiya olunub.
Ölkə başçısı İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlar uğurla icra edilir.
Mövsümlə əlaqədar Bakı şəhərinin müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri aparılır.
Koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 18-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.
Dünən Vətən müharibəsində qazanılmış tarixi Qələbə münasibətilə Bakı şəhərinin Azadlıq meydanında əzəmətli Zəfər paradı, axşam saatlarında isə Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə atəşfəşanlıq keçirilib.