Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

                                                                     BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN XARİCİ ƏLAQƏLƏR SAHƏSİNDƏKİ İŞİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Bakı Şəhər İcra Hakimiyyəti xarici əlaqələr sahəsindəki işini əsası 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətimizin konsepsiyası əsasında qurmuş və bu sahədəki işlər aşağıdakı istiqamətlər üzrə aparılır:

  • Qardaşlaşmış və partnyor şəhərlərlə əlaqələr;

Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasının üzvüdür:

Bakının qardaşlaşdığı şəhərlər:

Dakar (Seneqal), Neapol (İtaliya), Sarayevo (Bosniya və Hersoqovina), Hyüston (ABŞ), Bordo (Fransa), Bəsrə (İraq), Vunqtau-Kondao (Vyetnam), İzmir (Türkiyə), Təbriz (İran), Astana (Kazaxstan), Tbilisi (Gürcüstan), Kiyev (Ukrayna), Düşənbə (Tacikistan), Bişkek (Qırğız Respublikası), Aşqabad (Türkmənistan), Minsk (Belarus), İslamabad (Pakistan), Əbu-Dabi (BƏƏ), Əddis-Əbəbə (Efiopiya).

Partnyorluq əlaqələrimiz olan şəhərlər:

Mayntz (Almaniya), Aberdin (Böyük Britaniya), Berlin (Almaniya), Stovanqer (Norveç), Vyana (Avstriya), Paris (Fransa), Tehran (İran), İstanbul (Türkiyə), Hayfa (İsrail), Nyu-Dehli (Hindistan), Ər-Riyad (Səudiyyə Ərəbistanı), Varşava (Polşa), İlfov (Rumınıya), Çendu (Çin), Daşkənd (Özbəkistan), Rio-de-Janeyro (Braziliya), Dərbənd (Rusiya), Maqas (Rusiya), Sıçuan (Çin), Qahirə (Misir).

Müxtəlif səviyyələrdə əlaqələrimiz olan şəhərlər:

Moskva, Sankt-Peterburq, Minsk, Saratov, Volqoqrad, Ulyanovsk, Dnepropetrovsk, Kazan.

Bakıda "Dakar" meydanı, Neapol və Sarayevo küçələri vardır.

Dakarda isə "Bakı" meydanı, Neapolda Bakı küçəsi, Vunqtau-Kondauda isə "Bakı" mehmanxanası vardır.

  • Xarici ölkə şəhərlərinin idarəetmə və şəhər infrastrukturunun müxtəlif sahələrdəki qabaqcıl təcrübəsinin öyrənilərək Bakıya cəlb olunması və tətbiqinin həyata keçirilməsi;
  • Xarici ölkə səfirliklərinin dislokasiyası, diplomatik korpuslarla əlaqələr və onlara kommunal xidmətlərinin göstərilməsinin təşkili;
  • Bakının Beynəlxalq təşkilatlarda üzvlüyü və iştirakının koordinasiyası;

Bakı aşağıdakı Beynəlxalq təşkilatların üzvüdür:
-Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası
-Ümumdünya İrs Şəhərləri Təşkilatı (YUNESKO)
-Ümumdünya Energetika Şəhərləri Təşkilatı
-"Avroqrad" Beynəlxalq İnstitutu
-Qara Dəniz İqtisadi Əməkdaşlıq Ölkələri Paytaxtlarının İttifaqı

  • Şəhər layihələrinə xarici sərmayələrin cəlb olunması;
  • Xarici ölkələrin şəhərləri ilə qarşılıqlı tanıtmanın təşkili;
  • Nümayəndə heyətlərinin, sərgiləri, yaradıcı heyətlərin, kütləvi informasiya vasitələrinin, təhsil ocaqlarının mübadiləsinin təşkili, qarşılıqlı olaraq "Mədəniyyət günləri"nin və festivallarının keçirilməsi və s.
  • Dünya şəhərləri ilə ikitərəfli müqavilələr və proqramlar əsasında əməkdaşlıq;
  • Bakıya gələn xarici qonaqların səfər proqramının təşkilati-protokol təminatında iştirak;
  • Xarici nümayəndə heyətinin Bakı ilə tanışlığının təşkili.

 

Keçidlər