İcra Hakimiyyəti
İH Başçısının müavinləri
Hüseynov Ayaz Məhəmməd oğlu 1982-ci il iyunun 27-də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Xətai rayonundakı 260 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 2000 ildə bitirmişdir. 2000-2005-ci illərdə Xəzər Universitetində «Neft mühəndisliyi» ixtisası üzrə bakalavr təhsili, 2007-2010-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İstehsalın və əməliyyatların menecmenti” ixtisası üzrə MBA magistr təhsili almışdır.
Əmək fəaliyyətinə 2004-cü ildə “Dəmir-beton məmulatlar” zavodunda usta kimi başlamışdır. Daha sonra mühəndis və texniki plan istehsalat şöbəsinin rəis müavini vəzifələrində çalışmışdır. 2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 2006-2007-ci illərdə “Xəzərdənizneftqaztikinti” trestinin istehsalat planı şöbəsinin, ardınca texniki istehsalat şöbəsinin rəis müavini vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir. 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr İdarəsində əvvəlcə mütəxəssis, daha sonra mühəndis vəzifələrində çalışmışdır. 2010-cu ildən 2018-ci ilədək ARDNŞ-nin baş ofisində müxtəlif vəzifələrdə çalışmışdır.
2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
03.04.2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 4 övladı var.